Ölkə prezidenti İlham Əliyev Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb.
Gununsesi.info-nun məlumatına görə, Sərəncamda deyilir:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilsin:
“general-leytenant” ali hərbi rütbəsi:
general-mayor İsmayıl Bayram oğlu Əkbərova
general-mayor İlham İsmayıl oğlu Mehdiyevə
“general-mayor” ali hərbi rütbəsi:
polkovnik Elşən Ələkbər oğlu Verdiyevə.
Gununsesi.info