İsmayıl Əsədova yüksək vəzifə verildi

  • By admin
  • 25 Aprel 2017 17:45

1493128833-2775

Daxil İşlər naziri Ramil Usubov DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinə yeni rəis müavini təyin edib.

Gununsesi.info axar.az -a istinadən xəbər verir ki, nazirin sərəncamına əsasən, bu vəzifə polis polkovniki İsmayıl Əsədova həvalə edilib.

Qeyd edək ki, bir qədər öncə Ramil Usubov İsmayıl Əsədovun Kürdəmir Rayon Polis Şöbəsinin rəisi vəzifəsindən azad olunması ilə bağlı sərəncam imzalamışdı.

Gununsesi.info