
“Fətullah Gülənçilər təkcə Türkiyədə deyil, dünyanın bir çox ölkələrində mütəşəkkil fəaliyyət göstərirlər.
Gülənçilərə qarşı Azərbaycanla bigə işləyirik. Azərbaycan dövləti FETÖ-nun fəaliyyəti ilə bağlı məlumatlandırılıb. İyulun 15-də Türkiyədə baş verən dövlət çevrilişinə cəhdindən sonra ən xırda detallar belə hər iki ölkənin müvafiq qurumlar tərəfindən bir-birinə ötürülür və məlumat mübadiləsi aparılır”.
Bunu 15 iyulda döhvlət çevrilişinə cəhdlə bağlı keçridiyi mətbuat konfransında Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun Gununsesi.info-nun “Türkiyə Azərbaycandakı gülənçilərin zərəsizləşdirilməsi istiqamətində hər hansı birgə əməliyyatların həyata keçirilməsi planlaşdırılrmı?” sualına cavab verərkən deyib.
Səfir qeyd edib ki, Türkiyə bu işdə FETÖ-ya qarşı, onların zərərsizləşdirilməsi istiqamətində, eləcə də onların aşkarlanıb ortaya çıxarılması istiqamətində birgə səylərini bundan sonra da davam etdirəcək: “Hesab edirəm ki, Azərbaycan da bu məsələdə öz çıxarlarını edəcək, eləcə də təhlükəsizliyinin təmin olunması məqsədiylə üzərinə düşən işləri də görəcəkdir. FETÖ-ya qarşı qarşı birgə əməliyyat tədbirlərimiz və hərəkətlərimiz davam edəcək”- deyə, o bildirib.
Səfir onu da əlavə edib ki, hər mübarizəmizdə olduğu kimi, FETÖ ilə mübarizəmizdə də tərəddüdsüz yanımızda duracaq tək dostumuz Azərbaycandır. Səfir bildirib ki, hüquq çərçivəsində ölkə daxilində bu təşkilata qarşı mübarizə davam edəcək: “Lakin ölkə xaricində də təşkilatlanmağa və yayılmağa çalışırlar. Ona görə də bu istiqamətdə mübarizəmizi davam etdirəcəyik. Türkiyə Azərbaycanla hər mövzunu açıqlıqla danışır. Biz bu təcrübəmizi Azərbaycanla uyğun kanallarla paylaşmağa davam edirik”.
“Türkiyədəki hər hadisədə olduğu kimi, son hərbi çevriliş cəhdi zamanı da Azərbaycandakı hər qardaşımızın bizim hiss etdiyimiz duyğuları paylaşdığını bilirəm. Bütün azərbaycanlı qardaşlarımıza 15 iyul gecəsindən bəri göstərdikləri həmrəylik üçün minnətdarlığımı bildirirəm”-deyə, səfir qeyd edib.
Mürtəza Bunyadlı