İsmayıl Haniyənin öldürülməsi münaqişəni uzadır

HƏMAS siyasi bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsi Qəzza zolağında münaqişəni uzatmaq və genişləndirmək məqsədi daşıyır.

Gununsesi.info xəbər verir ki, bu barədə Fələstin prezidenti Mahmud Abbas RİA Novosti-yə müsahibəsində bildirib.

Fələstin liderinin sözlərinə görə, HƏMAS siyasi bürosunun rəhbərinə hücum münaqişənin həlli üzrə danışıqlara mənfi təsir göstərəcək. Abbas ölkə xalqını “işğal qarşısında” səbir və mətanət göstərməyə çağırıb.

Həniyə iyulun 31-nə keçən gecə Tehranda öldürülüb. HƏMAS hücumu xain adlandırıb və İsraili günahlandırıb.

Bundan əvvəl İranın Haniyyənin qətlinə münasibətini yumşaltmaqdan imtina etdiyi məlum olub.

Eyni zamanda, ABŞ müttəfiqlərini vəziyyəti gərginləşdirməmək üçün Tehrana siqnal göndərməyə çağırıb.

 

 

Şəbnəm

Gununsesi.info