İsmayıllı-Lahıc yolunda hərəkət bərpa olundu

İyunun 30-da günorta saatlarından başlayan intensiv yağıntılar nəticəsində İsmayıllı-Lahıc avtomobil yolunda (9-19-cu km-lər) yolun hərəkət hissəsinə tökülən qaya parçaları təmizlənərək avtonəqliyyat vasitələrinin hərəkətində yaranmış məhdudiyyət aradan qaldırılıb.

Bu barədə Gununsesi.info -ya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.

Bildirilib ki, sözügedən yolda yaranmış problemlə bağlı Agentliyin “5 N-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC-nin xüsusi texnikaları və canlı qüvvəsi səfərbər olunub.

Aparılan təxirəsalınmaz tədbirlər nəticəsində sözügedən yolda hərəkətin fasiləsizliyi və təhlükəsizliyi dünən axşam saatlarından etibarən təmin olunub.

 

Gununsesi.info