İsmayıllı sakini işgəncə ilə öldürüldü

  • By admin
  • 06 Sentyabr 2016 21:48

bic

 

İsmayıllı rayonunda qətl hadisəsi törədilib.Gununsesi.info-nun yerli bürosunun xəbərinə görə hadisə bu gün axşam saat 20:00 radələrində rayonun Topçu kəndində qeydə alınıb. Kənd sakini 1976-cı il təvəllüdlü Feyzullayev Hikmət Kazım oğlu çoxsaylı bıçaq xəsarətləri ilə İsmayıllı rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib.

 

Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir. Hadisəni törədən şəxsin kimliyi müəyyənləşdirilir. Qətlin hansı səbəbdən törədildiyi hələ ki, məlum deyil.

 

Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

 

Gununsesi.info