İsmayıllıda 65 yaşlı kişi kəsici alətlə öldürüldü

  • By ilhame
  • 30 Sentyabr 2023 20:35

Sentyabrın 30-u saat 18 radələrində İsmayıllı şəhər sakini 1958-ci il təvəllüdlü Ağamalıyev Füzuli Səmid oğlunun kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya yerləşdirilməsi, göstərilən tibbi yardımlara baxmayaraq ölməsi barədə polisə məlumat daxil olub

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Gununsesi.info-ya bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə F.Ağamalıyevə kəsici alətlə xəsarət yetirib onu öldürməkdə şübhəli bilinən 1979-cu il təvəllüdlü Mirzəzadə Elçin Əfqan oğlu saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info