İsmayıllıda ağır qəza - ÖLƏN VAR

  • By admin
  • 09 Mart 2022 09:49

İsmayıllı rayonunda ölümlə nəticələnən ağır yol-nəliyyat hadisəsi baş verib.

Gununsesi.info xəbər verir ki, hadisə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 188-ci kilometrliyində – İsmayıllının Qubaxəlilli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Qubaxəlilli kənd sakini, 1979-cu il təvəllüdlü Əhmədov Anar Afiq oğlu idarə etdiyi “Hyundai” markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və maşın yoldan çıxaraq aşıb.

Anar Əhmədov aldığı ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Gununsesi.info