İsmayıllıda ağır yol qəzası- 2 ÖLÜ, 4 YARALI

İsmayıllıda ağır yol qəzası

ea20008481d661c85eab3bb6b53ba3e9

Gununsesi.info xəbər verir ki, İsmayıllı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, bu gün saat 15:30 radələrində Şamaxı-Muğanlı-İsmayıllı avtomobil yolunun İsmayıllı şəhəri ərazisindən keçən hissəsində “Mercedes” və “VAZ 21015” markalı minik avtomobilləri toqquşub.

Qəza nəticəsində 2 nəfər ölüb, 4 nəfər ağır xəsarət alıb. Xəsarət alan şəxslər İsmayıllı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

Gununsesi.info

COMMENTS