İsmayıllıda ayı kəndə hücum etdi - XƏSARƏT ALAN VAR

  • By admin
  • 15 Sentyabr 2019 12:45

İsmayıllı rayonunda ayı kəndə hücum edib.

Gununsesi.org xəbər verir ki, hadisə Xanagah kəndində baş verib. Kənd sakini, 1950-ci il təvəllüdlü  Rəsulov  İsmayıl  Yaqub  oğlu kəndə girən ayının hücumuna məruz qalıb. Özünü müdafiə edərək ayıdan canını qutaran İ.Rəsulov əl və üz nahiyyəsindən  xəsarət alıb. Yaralı rayon mərkəzi xəstəxanasına çatdırılıb.

 

Gununsesi.org