İsmayıllıda güclü sel: Lahıc yolu bağlandı - VİDEO/YENİLƏNDİ

  • By admin
  • 30 İyun 2023 20:54

İsmayıllı-Lahıc yoluna tökülən qaya parçaları təmizlənərək hərəkət qismən bərpa olunub.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, bu gün günorta saatlarında başlayan intensiv yağıntılar nəticəsində İsmayıllı-Lahıc avtomobil yolunda (9-19-cu km-lər) yolun hərəkət hissəsinə tökülən qaya parçaları təmizlənərək avtonəqliyyat vasitələrinin hərəkətində yaranmış məhdudiyyət qismən aradan qaldırılıb.

Sözügedən yolda yaranmış problemlə bağlı dərhal əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “5 nömrəli Xüsusi Təyinatlı Yol İstismarı” MMC-nin xüsusi texnikaları və canlı qüvvəsi səfərbər olunub.

Aparılan təxirəsalınmaz tədbirlər nəticəsində sözügedən yolda avtonəqliyyat vasitələrinin hərəkəti qismən təmin olunub.

Hazırda ərazidə hərəkətin tam bərpa olunması istiqamətində işlər davam etdirilir.

19:06

İsmayıllıda bu gün yağan güclü yağış sel gətirib.

Gununsesi.info xəbər verir ki, sel rayonun bir neçə kəndində və Lahıc qəsəbəsində fəsadlara səbəb olub.

Hadisə nəticəsində təsərrüfatlar dağılıb, o cümlədən bir neçə iri və xırdabuynuzlu heyvanlar tələf olub.

Bundan başqa İsmayıllı-Lahıc yolu bağlanıb.

Hazırda yolda hərəkətin bərpası istiqamətində işlər aparılır.

Gununsesi.info