
İsmayıllı rayonu, Qıçatan kəndində (rayon mərkəzindən 38 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 108 m² olan ikimərtəbəli 5 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb.
Gununsesi.info Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın saat 16:14-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Gununsesi.info