İsmayıllıda narkotik əkən şəxs saxlanılıb - FOTOLAR

  • By admin
  • 19 Sentyabr 2016 10:27

xasxas1

İsmayıllı rayonunda narkotik bitkilərin qanunsuz olaraq əkilib-becərilməsi, hazırlanması, saxlanılması və satışı ilə məşğul olan şəxs saxlanılıb.

HTML tutorial

Gununses.info xəbər verir ki, İsmayıllı rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik bitkilərin qanunsuz olaraq əkilib-becərilməsi, hazırlanması, saxlanılması və satışı ilə məşğul olan şəxs saxlanılıb. Saxlanılan Mican kənd sakini, 1979-cu il təvəllüdlü Məmmədov Elnur Amil oğlunun yaşadığı evin həyətinə baxış keçirilib. Polis əməkdaşları oradan 62 ədəd dibçəklərdə yetişdirilən marixuana, eləcə də evin otaqlarından 13 kq 230 qr qurudulmuş marixuana aşkar edilərək götürülüb. Elnur Məmmədov tutularaq istintaqa təhvil verilib və barəsində cinayət işi açılıb.

Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

xasxas3

xasxas2

xasxas

Gununsesi.info