İsmayıllıda qəza baş verib, xəsarət alan var

  • By ilhame
  • 03 Fevral 2024 20:45

İsmayıllıda avtomobil idarəetməni itirərək yük maşınına çırpılıb.

 

Gununsesi.info xəbər verir ki, hadisə rayonun Bədo adlanan ərazisində qeydə alınıb. “Tofaş” markalı avtomobil idarəetməni itirərək “KamAZ” markalı yük maşınına çırpılıb.

 

Hadisə nəticəsində İsmayıllı sakini 1978-ci il təvəllüdlü Vüqar Təşkilat oğlu Ziliyev və Laçın sakini 1990-cı il təvəllüdlü Elvin Əvəz oğlu Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Hazırda vəziyyətlərinin ağır olduğu bildirilir.

 

Faktla bağlı araşdırma aparılır.