İsmayıllıda yanğının meşə ərazisinə keçməsinin qarşısı alınıb

  • By admin
  • 14 Sentyabr 2017 21:54

mese
İsmayıllıda meşə yanğınının qarşısı alınıb. Gununsesi.info-nun FHN-nin saytına istinadən verdiyi xəbərə görə, İsmayıllı rayonunun Tircan kəndi yaxınlığında 1 ha sahədə quru ot, kol-kos və qurumuş ağac qalıqları yanıb. Yanğının meşə ərazisinə keçməsinin qarşısı alınıb. Yanğın saat 19:35-də söndürülüb.

 

Gununsesi.info