İsmayıllıda yol-nəqliyyat hadisəsi baş verib

  • By ilhame
  • 01 İyun 2024 20:33

İsmayıllıda minik avtomobili yük maşınına çırpılıb, ölən və xəsarət alanlar var.

 

Gununsesi.info-nun məlumatına görə, hadisə Qaraməryəm-İsmayıllı-Şəki yolunun İsmayıllı rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

 

“VAZ” markalı minik avtomobili ilə yük maşınının toqquşması nəticəsində, 2000-ci il təvəllüdlü Dəmirov Abuzər Azər oğlu aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

 

Onun qardaşı, 2005-ci il təvəllüdlü Dəmirov Nurlan Azər oğlu və 1989-cu il təvəllüdlü Abbasov Müşfiq Rza oğlu isə ağır xəsarətlərlə xəstəxanaya çatdırılıblar.

 

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info