İspaniyanın Baş naziri Pedro Sançez Türkiyənin Avropa Birliyi (AB) prosesi ilə bağlı açıqlama verib.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Türkiyə Prezidentinin istəyinə dəstək olacağını söyləyən Sançez mətbuat toplantısında bir sıra sualları cavablandırıb.
AB dönəm sədliyini il sonunadək davam etdirəcək Sançez bu dövrdə Türkiyəni maraqlandıran məsələləri gündəmə gətirəcəklərini vurğulayıb.
Sançez bu barədə iki tərəfli görüşündə Ərdoğana söz verdiyini söyləyib.
“Türkiyənin özünü AB-yə daha uzaq deyil, daha yaxın necə hiss etməsini təmion edəcək bu aylarda AB dönəm sədrləyində necə addımlar atacağımızı görə bilməliyik. Türkiyənin viza sərbəstliyi və Gömrük İttifaqı anlaşmasının düzəldilməsi mövzularında İspaniya olaraq hər zaman müsbət yanaşmışıq”.
Tərcümə: Arzu