İspaniya hakimiyyəti Kataloniya parlamentini buraxıb

  • By admin
  • 28 Oktyabr 2017 08:30

İspaniya hakimiyyəti Kataloniyanın başçısı Karles Puçdemonu və onun hökumətinin üzvlərini vəzifədən uzaqlaşdırmaq qərarına qəlib.

Gununsesi.info-nun trend-ə istinadən verdiyi məlumata görə, bu haqda İspaniyanın baş naziri Mariano Raxoy nazirləri Şurasının iclasının yekunlarından sonra deyib.

Onun sözlərinə görə, Kataloniya parlamenti buraxılıb və dekabrın 21-da yeni şeçkilər keçiriləcək.

Gununsesi.info