İspaniya kralı V Çarlzın 5 əsirlik şifrəli məktubunun sirri çözüldü – MARAQLI/ FOTOLAR

  • By admin
  • 30 Noyabr 2022 15:16

Araşdırmaçılar Fransada Müqəddəs Roma İmperatoru və İspaniya kralı V Çarlzsın 5 əsirlik şifrəli məktubunun məzmununu çözüblər.

Bu barədə maraqlı yazını “Euronews”a istinadən təqdim edir.

Şifrəli məktub Müqəddəs Roma İmperatoru və İspaniya kralı V Çarlzsın fransızların bir sui-qəsdinə qurban getməkdən qorxması ilə bağlı şübhələri təsdiqləyir.

 

Fransanın Nansi şəhərindəki Stanislas Kitabxanasının kolleksiyalarında yüz illərdir qorunan və içi heç bir zamanı anlaşılmayan şifrəli məktub İspaniya kralı və Müqəddəs Roma İmperatoru V Çarlz tərəfindən 1547-ci ildə Fransa kralı I Frensizin sarayında qonaq edildiyi anda Fransadakı ispan səfir Jin de Saint-Maurisiyə xitabən yazılmışdı.

İspaniya kralı və Müqəddəs Roma İmperatoru V Çarlz Avropanın önəmli qismində 40 ilə yaxın hökm etdiyi torpaqların genişliyi baxımıdan 16-cı əsrin ən güclü dövlət adamı olaraq göstərilir.

Tarixçi Camille Desenkloz və kriptanalist Cecile Piero tərəfindən 6 ayda çözülən şifrəli məktub İspaniya kralı V Çarlza sui-qəsd etmək üçün bir fransız quramasının hazırlanması ilə bağlı əfsanələri dəstəkləyir.

Şifrəli məktubun varlığını ilk dəfə 2019-cu ildə eşidən və məktubu 2021-ci ildə ilk dəfə görən Piero, daha sonra Desenklozdan yardım tələb etmişdi. Bundan sonra Loria Araşdırma Lobaratoriyasında 2 nəfərlik heyət qurmuşdu.

Piero texniki olaraq kriptanalist yöndəmləri ilə çalışmalarını davam etdirərkən tarixçi Camillenin həmin dönəmin tarixi olaylarını və yeniliklərini gözəl bilməsi şifrənin sındırılmasında önəmli rol oynadı.

Məktubda İspaniya və Fransa arasındakı gərginlikdən bəhs edilir.

Tərcümə: Arzu Sayadoğlu

Gununsesi.info