İspaniya La Liqasında ən çox maaş alan futbolçuların adları bəlli olub

  • By ilhame
  • 19 İyul 2024 21:00

İspaniya La Liqasında bonuslar nəzərə alınmadan ən çox maaş alan futbolçuların adları bəlli olub.

Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, ilk sırada “Barselona”nın niderlandlı yarımmüdafiəçisi Frenki de Yonq yer alıb.

37,5 milyon avro məvacib qazanan futbolçu birinci pillənin sahibidir. Onu komanda yoldaşı Rober Levandovski təqib edir.

Polşalı hücumçunun maaşı 33,33 milyon avrodur. İlk “üçlüy”ü isə “Real”ın (Madrid) yeni transferi Kilian Mbappe qapayır. 31,25 milyon avro qazanan fransalı forvard La Liqada ən çox məvacib alan üçüncü futbolçudur.

Gununsesi.info