İspaniya mətbuatından qalmaqallı Arda Gülər iddiası

Ölkənin məşhur idman nəşri AS qəzetinin yazarı Tomas Roncero Arda Gülərin Portuqaliya ilə oyunda ehtiyat skamyasında qalmasını məşqçi V.Montellanın qısqanclığı ilə izah edir. 

Onun fikrincə, Gürcüstan ilə oyundan sonra dünya mətbuatında Arda Gülərin qələbənin memarı kimi göstərilməsi onun qısqanclığına səbəb oldu.

Portuqaliya ilə oyunda Arda Gülərsiz uğur qazanmaq istəyi alınmadı və Türkiyə komandası şansını son oyuna buraxdı.