İspaniyanın Baş nazirinin müavini, ekoloji keçid naziri Teresa Ribera ölkəyə qaz idxal edən şirkətləri Rusiyadan yanacaq tədarükü üzrə yeni müqavilələr imzalamamağa çağırıb.
Gununsesi.info xəbər verir ki, bu barədə ABC qəzeti məlumat yayıb.
Baş nazirin müavini xatırladıb ki, Rusiyadan mayeləşdirilmiş təbii qazın (LNG) alınmasına qadağa qoyulması üçün heç bir hüquqi əsas yoxdur. “Mən dəfələrlə İspaniyada fəaliyyət göstərən əsas LNG idxalçıları ilə yeni müqavilələr imzalamamaq və ərazimizdə Rusiya LNG-sinin mövcudluğunu artırmamaq xahişi ilə söhbət etmişəm”, – T.Ribera əlavə edib.
Dekabrın 10-da “Enagas” enerji şirkəti bildirib ki, 2023-cü ilin dekabrında Rusiya İspaniyaya LNG tədarükünə görə Əlcəzairdən sonra ikinci yeri tutub. Bütünlükdə 2023-cü ildə krallıq Rusiyadan 72 690 GVt-saat LNG alıb ki, bu da 2022-ci ildəki 53 859 GVT-saatdan xeyli çoxdur. Bununla da ötən ilin nəticələrinə əsasən, Rusiya İspaniyaya qaz nəqlinə görə Əlcəzair və ABŞ-dən sonra üçüncü yeri tutub.
Gununsesi.info