İspaniyanın ən böyük korporasiyalarından olan “ACS Grupo” Azərbaycanda regional ofis yaradır.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) AZƏRTAC-a bildiriblər ki, İspaniyanın aparıcı korporasiyalarından olan “ACS Grupo”un nümayəndələri ilə keçirilən görüşdə AZPROMO-nun dəstəyi nəticəsində “ACS Grupo” Qafqaz və Mərkəzi Asiya regionu üzrə regional ofisinin Azərbaycanda yaradılması barədə qəbul olunmuş qərara dair məlumat verilib.
İşgüzar görüşdə şirkət ilə Azərbaycan iş adamları arasında əlaqələrin yaradılması müzakirə edilib, Azərbaycan məhsullarının və yerli şirkətlərin göstərdiyi xidmətlərin ixrac potensialı barədə fikir mübadiləsi aparılıb.
Görüşün sonunda Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu və “ACS Grupo” arasında əməkdaşlığın davam etdirilməsinə dair anlaşma memorandumu imzalanıb.
Qeyd edək ki, iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən, xüsusilə inşaat, sənaye mühəndisliyi sektorunda ixtisaslaşan “ACS Grupo” sənaye inşaatı sahəsində dünyanın ən iri şirkətlərindən biridir.
Gununsesi.info