İspaniya Ukraynaya gəmi əleyhinə “Harpun” raketləri tədarük edib.
Gununsesi.info xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Aleksey Reznikov bu gün ispaniyalı həmkarı Marqarita Robleslə birgə keçirilmiş mətbuat konfransında bildirib.
Qeyd edək ki, bundan əvvəl “Harpun” raketləri Ukraynaya ABŞ və Danimarka tərəfindən göndərilib.
Reznikov onu da əlavə edib ki, Ukrayna Hərbi Dəniz Qüvvələrinə məxsus gəmilər yerli istehsal olan “Neptun” gəmi əleyhinə raketlərlə yanaşı, Amerikanın “Harpun” raketlərindən istifadə etməyə qadirdir.
Gununsesi.info