İspaniya Ukrayna Silahlı Qüvvələrinə (AFU) A4 modifikasiyalı 10 Leopard 2 tankından ibarət yeni zirehli texnika partiyasını təhvil verəcək.
Gununsesi.info xəbər verir ki, bu barədə İspaniya Müdafiə Nazirliyinin rəsmi saytında məlumat verilib.
“Leopard 2A4 tanklarının bu yeni tədarükü ilə İspaniya Ukraynaya ümumilikdə 20 belə tank təhvil verib və 2024-cü ilin ikinci yarısında daha bir partiyanı hazırlayıb təhvil verməyi planlaşdırır”, – deyə sənəddə deyilir.
Madrid tanklarla yanaşı, müdafiə departamentinin sayını dəqiqləşdirmədiyi tank evakuatorları və tank əleyhinə raketlər də bağışlayır.
Qeyd edək ki, iyunun 21-də İspaniya Ukraynaya Patriot hava hücumundan müdafiə sistemləri üçün əlavə raket partiyasını təhvil verib.
Şəbnəm
Gununsesi.info