İspaniyada əhalinin 5 faizi pandemiyaya yoluxdu

  • By admin
  • 13 May 2020 23:15

İspaniyada 3 milyona yaxın şəxsdə COVID-19 aşkarlanıb.

Gununsesi.org xəbər verir ki, bunu Milli Epidemiologiya Mərkəzinin direktoru Marina Polan bəyan edib. Onun sözlərinə görə, bununla bağlı Səhiyyə Nazirliyi genişmiqyaslı araşdırma aparıb:

“Tədqiqatda 1 426 tibb mərkəzi və 28 laboratoriya iştirak edib. İki həftə davam edən tədqiqatın ilk mərhələsinin nəticələrinə görə yayılma 5 faiz olub”.

Səhiyyə naziri Salvador İlya bildirib ki, müvəqqəti nəticələr ölkənin tibb rəhbərliyinin ilkin fərziyyələrini təsdiqləyib:

“Bunun əsasında İspaniyada sərt karantin tədbirlərinin tətbiq edilməsi barədə qərar qəbul edilmişdi”.

Qeyd edək ki, 2019-cu ilin yekun məlumatına görə İspaniya əhalisinin sayı 47 milyondan çoxdur.

 

 

Gununsesi.org