İspaniyada 16 nəfər yeni virusdan xəstəxanaya yerləşdirildi

  • By admin
  • 12 Avqust 2020 22:41

İspaniyanın cənubunda yerləşən Əndəlüs regionunda yeni meninqoensefalit adlı yeni virus tapılıb.

Gununsesi.info TASS-a istinadən xəbər verir ki, 16 nəfər bu yeni virusa yoluxub, onlardan 5-i reanimasiyaya yerləşdirilib.

Bildirilir ki, ilk olaraq 18 şəxsdə virusa yoluxma halı aşkarlanıb, onlardan cəmi 2-si ev şəraitində müalicə alır. Xəstələrin hamısı Sevilya əyalətində yaşayırlar.

“ABC” qəzetinin araşdırmasına görə, xəstəlik “aedes japonicus” ağcaqanadının dişləməsi səbəbindən ola bilər.

 

 

Gununsesi.info