İspaniyada ağcaqanad təsərrüfatı qurulub - FOTO

  • By admin
  • 14 Mart 2017 12:51

aqcaqanad

İspaniyanın Alikante şəhərində fəaliyyət göstərən fermer təsərrüfatında ağcaqanad yetişdirilir.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, təsərrüfatda yetişdirilən ağcaqanadlar əsasən heyvandarlıq və su məhsulları sektorunda yem kimi istifadə edilir.

Belə ki, ağcaqanad təsərrüfatının rəhbəri Karlos Rojo ağcaqanadlarda zülalla çox zəngin olduqlarını bildirib.
“Artıq bu məhsullar dünyanın müxtəlif ölkələrinə ixrac edilir. Hər il təsərrüfatda 20 milyon ağcaqanadın yetişdirir. Ağcaqanadlar təbiiətdən təcrid olumaqla xüsüsi hazırlanmış qəfəslərdə artırılır. Bir kilo ağcaqanadın qoyduğu sürfəsindən növünə görə, 10 min ilə 40 min arasında ağcaqanad çıxır” – deyə, əlavə edib.

Karlos Rojo daha çox ağcaqanad istehsal etməyi qarşısına məqsəd qoyduğunun bildirib.

Anar
Gununsesi.info