İspaniyada görünməmiş istilər - İNSANLAR DƏNİZƏ AXIN ETDİ

  • By admin
  • 16 Aprel 2024 12:42
Afrikadan gələn isti hava dalğaları İspaniyanın şimalındakı Qalisiya bölgəsində və Kanar adalarında ötən həftə temperaturun rekord səviyyədə yüksəlməsinə səbəb olub.
Gununsesi.info-nun xarici mediaya istinadən verdiyi xəbərə görə, regionda aprel ayının temperatur rekordu qırılıb.
İspaniyanın şimalında və Kanar adalarının bəzi yerlərində temperatur aprel ayında normadan 15 dərəcə yüksək olub.
11 aprel cümə axşamı günü Viqo hava limanının ətrafı aprel ayında ilk dəfə olaraq 30 dərəcəni keçib. Tenerife Cənub Hava Limanının ətrafı da aprel ayının əvvəlki rekordunu 2,1 dərəcə üstələyərək 38,2 dərəcəyə çatıb.
12 aprel cümə günü Qalisiyanın Ourense və Leiro kimi şəhərlərində termometrlər 33.0 və 34.9 göstərib.
.

 

Gununsesi.info