İspaniyada göyərtəsində 4 tonadək kokain olan gəmi saxlanılıb

  • By admin
  • 07 Oktyabr 2017 22:46

alijo-cocaina-590x255
İspaniya polisi tərəfindən keçirilən beynəlxalq əməliyyat nəticəsində göyərtəsində 3,8 ton kokain olan gəmi saxlanılıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, əməliyyat nəticəsində 7 nəfər saxlanılıb. Məlumata görə, narkotiklər gəmi mətbəxinin altında düzəldilmiş gizli kabinədən aşkarlanıb.

Kolumbiyadan İspaniyaya üzən gəmi Kanar adalarından 870 km aralıda saxlanılıb.

Gununsesi.info