İspaniyada helikopter qəzası baş verdi, iki nəfər öldü

İspaniyada helikopter qəzası nəticəsində iki nəfər ölüb.

Gununsesi.org “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Kataloniya muxtar bölgəsinin hüquq-mühafizə orqanı bildirib.

Məlumata əsasən, hadisə Kataloniya muxtar bölgəsinin Leyda əyalətinin La-Vansa-i-Fornols ərazisində qeydə alınıb. Qəza nəticəsində helikopter yanıb. Hadisə helikopterin elektrik ötürücüləri naqillərinə baxış keçirdiyi zaman baş verib.

Yanğınsöndürən maşınların köməyi ilə yanğının meşə ərazisinə keçməsinin qarşısı alınıb.

 

 

Gununsesi.org