İspaniya Milli Polisi 4 milyon avro məbləğində işsizlik müavinəti ilə bağlı fırıldaqçılıqda şübhəli bilinən 25 nəfəri saxlayıb.
Gununsesi.info TASS-a istinadən xəbər verir ki, bu barədə İspaniya hüquq-mühafizə orqanlarının yaydığı press-relizdə deyilir.
Məlumata görə, şübhəlilər arasında dörd dövlət və dörd bank işçisi var. Saxlanılan şəxslər Dövlət Məşğulluq Xidmətinə qarşı dələduzluqla məşğul olan şəbəkə yaradılmasında iştirakda ittiham olunurlar.
Bu halla bağlı istintaq 2022-ci ilin dekabrında başlayıb. O zaman polis işsizlik müavinətlərinin rəsmiləşdirilməsi ilə məşğul olan bəzi əməkdaşların fəaliyyətində pozuntular aşkar etmişdi.
Gununsesi.info