Kataloniyanın müstəqilliyinin əleyhdarları və vahid İspaniya tərəfdarları Barselonada kütləvi aksiya keçirib.
Gununsesi.info xəbər verir ki, aksiyada məqsəd regionun müstəqilliyini elan edən Kataloniya hakimiyyətinə etiraz etmək olub.
Aksiyanın təşkilatçıları Kataloniya Vətəndaş Cəmiyyəti, mərkəzçi Vətəndaş Partiyası və Kataloniya Sosialist Partiyası və İspaniyanın hakim Xalq Partiyasıdır. Bu partiyalar Kataloniyada müxalifətdədir və oktyabrın 27-də Kataloniya parlamentində müstəqilliklə bağlı Bəyannamənin səsverməsinə qatılmayıb.
Təxminən 300 min aksiyaçının iştirak etdiyi mitinqdə İspaniya və Avropa Birliyinin bayraqları dalğalandırılıb. Aksiyaçılar bütöv İspaniyaya dəstək nümayiş etdirərək, “Yaşasın İspaniya” şüarları səsləndirib.
Gununsesi.info