İspaniyada keçirilən parlament seçkilərində hakim “Xalq Partiyası” qalib gəlib.
Gununsesi.info xəbər verir ki, səslərin 95 faizi hesablandıqdan sonra hakim partiya 350 mandatdan 137-nı əldə edib. Bununla belə “Xalq partiyası” mütləq çoxluq əldə edə bilməyib.
Seçkilərin nəticələrinə görə sosialistlər parlamentdə 85 mandat, “Podemos” partiyası ilə solçuları birləşdirən seçki bloku isə 71 mandat qazanıb.
Seçkilərdən qalib çıxan “Xalq Partiyası” parlamentdə mütləq çoxluq qazana bilmədiyindən koalisiya üçün tərəfdaş axtarmaq məcburiyyətində qalacaq. (Euronws, APA)