İspaniyada robot sərgisi keçirilir - FOTOLAR

  • By admin
  • 04 Fevral 2017 11:34

robot-1

 İspaniyanın paytaxtı Madriddə robort “Qlobal Robot Expo” sərgisi öz işinə başlayıb. Sərgidə sağlamlıqdan tutmuş, gündəlik həyatada insanlara xidmət göstərən robotlar nümayiş olunur.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu il artıq 2-ci dəfə keçirilən sərgiyə bütün dünyadan robot istehsalçıları və həvəskarları qatılıb.

Belə ki,“Qlobal Robot Expo” sərgisində iştirak edən firmalar, bir-birindən fərqli məhsullarını – iflic ya da gəzməkdə çətinlik çəkən xəstələrə yardım edən, evdə yanğını söndürməyə qadir, əlil uşaqların gündəlik həyatı asanlaşdıran, eləcə də təmizlikçi və ətraf mühitə həssas olan robortlar ictimaiyyətə təqdim olunur. “Global Robot Expo”sərgisinin təşkilatçılarınadan olan Enric Forner mətbuata açıqlamasında bildirib ki, artıq insanlar robotlardan qorxmurlar: “Dəyişmə qorxusu bitib. Biz bu texnologiyanı inşaf etdirmək istəyirik.

Robotların, insanları işindən etməyəcəyini, yalnız onlara kömək edəcəyi bütün dünya bilməlidir” – , deyə o bildirib. Bundan başqa son illər insanlar arasında böyük marağa səbəb olan müxtəlif çeşiddə “dron” növləri də sərgidə nümayiş etdirilir. Məhz, bir firmanın, meşə yanğınlarını söndürmək üçün istehsal etdiyi “dron filosu” sərgiyə gələnlərin diqqətini çəkib, onlarda xoş ovqat yaradıb. Firma nümayəndələrinin verdiyi məlumata görə, insansız hava vasitəsi olan “dron filosu” 3 min litr su tutumuna malikdir.

Onun havada dövrəvurma müddəti isə 2 saatdır. Digər firma isə baş verə biləcək terror hücumu və ya təbii fəlakətlərin ardından təhlükəsizlik qüvvələrinin yardım etmək üçün istehsal olunan “dron”larını təqdim ediblər. Qeyd edək ki, sərgidə “Madrid Drone Film Festivalı” adı altında ilk dəfə “drone” ilə çəkilmiş qısametrajlı film yarışması da təşkil edilib.

robot-2

robot-3

Anar

Gununsesi.info