İspaniyada son sutkada yoluxanların sayı artdı

  • By admin
  • 11 Sentyabr 2020 22:11

İspaniyada son sutka ərzində 12 183 nəfər koronavirusa yoluxub.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, bununla da ümumi yoluxma sayı 566 326-ya yüksəlib. Bu günə olan statistika ölkədə iyunun 24-dən sonra müşahidə edilən ən yüksək artımdır.

Ölkədə son 7 gündə 241 nəfər Covid-19-dan dünyasını dəyişib. Pandemiya qurbanlarının ümumi sayı 29 747-dir.

 

 

Gununsesi.info