İspaniyada teleqramla bağlı qərar ləğv olunub

  • By ilhame
  • 25 Mart 2024 19:09

İspaniya Milli Məhkəmə Kollegiyası krallıqda teleqram messencerinin işini müvəqqəti bloklamaq barədə qərarını ləğv edib.

 

Gununsesi.info-nun məlumatına görə, bu barədə qurumun mətbuat xidməti xəbər yayıb.

 

Məlumata görə, hakim Santiaqo Pedras müvəqqəti bloklamaq üçün əmri ləğv edib. O, belə bir tədbirin yersiz və qeyri-mütənasib olacağını hesab edib.

 

Xatırladaq ki, daha əvvəl Milli Məhkəmə Kollegiyasının hakimi Santyaqo Pedras iddianı təmin etmək üçün İspaniyada teleqram messencer tətbiqinin dayandırılmasına göstəriş verib.

Gununsesi.info