İspaniyada terrakt qurbanlarının sayı 16-ya çatdı

  • By admin
  • 28 Avqust 2017 09:06

ispannnnnnn

İspaniyada terror aktı nəticəsində ölənlərin sayı 16-ya çatıb.

Gununsesi.info-nun xarici mediaya istinadən verdiyi xəbərə görə, Almaniya vətəndaşı olan 51 yaşlı qadın Barselona xəstəxanasında vəfat edib. Hazırda tibb müəssisələrində 24 nəfərin müalicə aldığı bildirilir.

İyunun 17-də Barselonanın mərkəzində  Mərakeş əsilli şəxs idarə etdiyi yük maşınını kütləyə çırpıb. Daha sonra Kambrils şəhərində terrorçular idarə etdikləri yük maşınını piyadalın üzərinə sürüblər. Terror aktları nəticəsində 15 nəfər ölüb, 130 nəfər yaralanıb, terrorçular polis tərəfindən zərərsizləşdirilib.  Hadisəyə görə məsuliyyəti İŞİD üzərinə götürüb.

Gununsesi.info