İspaniyadan HƏYƏCAN TƏBİLİ: yeni bəla meymundan gəlir

  • By admin
  • 19 May 2022 09:08

İspaniya Səhiyyə Nazirliyi Madrid Muxtar İcmasında meymun çiçəyi xəstəliyinin ilk dəfə olaraq yeddi insanda aşkarlandığını təsdiqləyib. 

Gununsesi.info xəbər verir ki, bu barədə cümə axşamı “El Pais” qəzeti məlumat yayıb .

Bildirilib ki, səhiyyə naziri Karolina Darias çərşənbə günü meymun çiçəyi şübhəsi olan xəstələrdən götürülmüş və Milli Mikrobiologiya Mərkəzində sınaqdan keçirilmiş yeddi nümunənin müsbət nəticələrini açıqlayıb.

İspaniya Səhiyyə Nazirliyinin rəhbəri bu nəticələri “ilkin” adlandırıb. Nəticələrinin cümə axşamı açıqlanması gözlənilən genetik ardıcıllığa ehtiyac var.

Madriddəki səlahiyyətlilər, cəmiyyətdə meymun çiçəyi şübhəsi ilə daha 22 xəstənin olduğunu bildirib.

Qəzetin mənbələrə istinadla verdiyi məlumata görə, son iki gündə bu xəstəliyə şübhə ilə rayon xəstəxanalarına müraciət edənlərin sayı 50-yə qədərdir.

Son günlər Böyük Britaniya və Portuqaliyada yoluxma halları müəyyən edilib.

Gununsesi.info