İspaniyadan İstanbula gəldi, plastik əməliyyatdan sonra dünyasını dəyişdi- FOTO

  • By Günel
  • 07 Avqust 2024 13:13
İspaniyadan İstanbula plastik əməliyyat etdirməyə gələn 42 yaşlı Perla Virciniya Baez Garay Şişlidəki özəl xəstəxanalardan birində keçirdiyi cərrahi əməliyyatdan bir neçə saat sonra vəziyyəti pisləşərək dünyasını dəyişib.
İddialara görə, iki uşaq anası avqustun 5-də Şişlidəki özəl xəstəxanalardan birində müxtəlif plastik əməliyyatlar etdirib. Qadının vəziyyəti əməliyyatdan bir neçə saat sonra pisləşib. Nəfəs almaqda çətinlik çəkən qadın reanimasiya şöbəsinə aparılsa da, edilən bütün müdaxilələrə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, ispan qadının ölümü ilə bağlı İstanbul Baş Prokurorluğu tərəfindən istintaq başladılıb. Perla Virciniya Baez Garayın cansız bədəni tibbi ekspertiziyaya aparılıb. Ölümün dəqiq səbəbinin müəyyən edilməsi üçün yarılma aparıldıqdan sonra, onun cəsədi İspaniyaya göndərilmək üçün ailəsinə və konsulluq əməkdaşlarına təhvil verilib.

Estetik olan İspanyol kadın ameliyattan sonra hayatını kaybetti

Estetik olan İspanyol kadın ameliyattan sonra hayatını kaybetti

Günel Həsənova

Gununsesi.info