İspaniyadan Kosovo qərarı: Ölkəni sevindirən xəbəri açıqladılar

  • By admin
  • 07 Yanvar 2024 09:47

Kosovo Baş nazirinin Avropaya inteqrasiya, inkişaf və dialoq üzrə birinci müavini Besnik Bislimi İspaniyanın Kosovo Respublikasının pasportunu tanıdığını açıqlayıb.

Gununsesi.info xəbər verir ki, Besnik Bislimi sosial media hesabında paylaşım edib.

Bislimi İspaniyanın Kosovo vətəndaşlarının vizasız səyahət edə biləcəyi Şengen Bölgəsindəki ölkələrinə qoşulduğunu bildirib.

“Avropa İttifaqı (Aİ) Komissiyasının Miqrasiya və Daxili İşlər Baş İdarəsi (DG Home) İspaniyanın indi Kosovo Respublikasının pasportlarını tanıdığını elan etdi. Beləliklə, biz indi bu ölkəyə vizasız gedə bilərik”, – deyə o qeyd edib.

Bislimi yaxın vaxtlarda Kosovo vətəndaşlarına müsbət təsir edəcək başqa xoş xəbərlər verəcəklərinin də vurğulayıb.

Yanvarın 1-dən etibarən Kosovo vətəndaşları Şengen zonasına 180 günlük müddət ərzində 90 günə qədər vizasız gedə bilərlər.

Kosovonun 2008-ci ildə Serbiyadan birtərəfli qaydada müstəqilliyini elan etməsi Aİ-nin 5 üzvü: İspaniya, Yunanıstan, Rumıniya, Slovakiya və Cənubi Kipr Rum Administrasiyası tərəfindən tanınmır.

Sözügedən Aİ ölkələri, İspaniya istisna olmaqla, Kosovo Respublikası səyahət sənədlərini tanıyıb.

Gununsesi.info