İspaniyadan sonra İtaliya hərəkətə keçdi

  • By admin
  • 20 Avqust 2017 17:16

italiya
İspaniyanın Barselona şəhərində törədilmiş terror aktlarından sonra İtaliyanın paytaxtı Romada təhlükəsizlik tədbirləri gücləndirilir.

Gununsesi.info xəbər verir ki, Daxili İşlər Nazirliyinin qərarına əsasən, şəhərin mərkəzinə gedən icarədə olan bütün avtomobillər yoxlanılacaq. Artıq İspaniya ilə sərhəd bölgələrdə və insanların daha sıx olduğu “həssas” yerlərdə təhlükəsizlik tədbirləri artırılır.

İtaliyanın daxili işlər naziri Marko Minniti terror təhlükəsinin hər zaman olduğunu, buna görə də təhlükəsizlik tədbirlərinin gücləndirildiyini bildirib.

Gununsesi.info