İspaniyalı müsəlman futbolçu ailə həyatı qurdu - Fotolar

Keçmiş futbolçu Jota Peletiro İslamı qəbul etdikdən təxminən 5 ay sonra serb model Ajla Etemoviçlə evlənib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, sosial mediada paylaşım edən 33 yaşlı Peleteiro 2001-ci ildə futbolu tərk etdiyini və 2024-cü ilin fevralında İslamı qəbul etdiyini açıqlayıb.

Qalisiyadan olan keçmiş futbolçu 2015-ci ildə model Cessika Bueno ilə evlənib, 2 övladı olub və cütlük 2022-ci ildə boşanıb.

Küveytdə yaşayan dostu Faysal Bureslinin ailəsi ilə bir müddət qaldıqdan sonra müsəlman olmağa qərar verən Peleteiro adət-ənənələrdən təsirləndiyini bildirib.

Qeyd edək ki, o, “Selta Viqo”, “Real Madrid Kastilya”, “Brentford”, “Eybar”, “Aston Villa” və “Deportivo Alaves” klublarının üzvü olub.

Müslüman olan İspanyol futbolcu, Sırp fenomenle Suudi Arabistan'da evlendi - Resim: 2

Müslüman olan İspanyol futbolcu, Sırp fenomenle Suudi Arabistan'da evlendi - Resim: 1

Müslüman olan İspanyol futbolcu, Sırp fenomenle Suudi Arabistan'da evlendi - Resim: 3

Müslüman olan İspanyol futbolcu, Sırp fenomenle Suudi Arabistan'da evlendi - Resim: 4

Müslüman olan İspanyol futbolcu, Sırp fenomenle Suudi Arabistan'da evlendi - Resim: 6

 

Günay

Gununsesi.info