İspaniyanın baş naziri Fələstinin tanınmasını istisna etmir

  • By admin
  • 25 Noyabr 2023 09:13

İspaniya Fələstin dövlətinin tanınmasını istisna etmir.

Gununsesi.info xəbər verir ki, bunu ölkənin baş naziri Pedro Sançes deyib.

“Biz bunu Avropa İttifaqı (Aİ) ilə birlikdə etməliyik, lakin Aİ Fələstin dövlətini tanımazsa, İspaniya öz qərarını verəcək”, – siyasətçi deyib.

Onun sözlərinə görə, “Beynəlxalq ictimaiyyətin və Avropa İttifaqının Fələstin dövlətini tanımasının vaxtı çatıb.

Ötən həftənin əvvəlində ölkə parlamentində çıxışı zamanı Sançes bildirmişdi ki, İspaniyanın yeni hökumətinin prioritetlərindən biri Fələstin dövlətinin tanınması olacaq.

Bundan əlavə, İspaniyanın baş naziri bir gün əvvəl Qüdsdə baş tutan danışıqlarda öz mövqeyini israilli həmkarı Benyamin Netanyahunun diqqətinə çatdırıb.

İsveç 2014-cü ildə Fələstini tanıyan ilk Aİ üzvü olub.

Gununsesi.info