Ispaniyaya girişi qadağan olan Kataloniya lideri seçki kampaniyası aparır

Ölkəyə dönəcəyi təqdirdə həbsi gündəmdə olacaq Puigdemont  seçkilərdə qalib gəlmək üçün Fransız qəsəbəsində seçiciləri ilə görüşür

Gununsesi.info-nun verdiyi xəbərə əsasən İspaniyaya girişi qadağan olunan Kataloniya lideri Carles Puigdemont seçki kampaniyası üçün Fransa sərhədində mitinqlər təşkil edir.

Puigdemonun partiyası Junts, İspaniya sərhədindən 26 kilometr aralıda təxminən 10 min insanın yaşadığı Fransanın Argeles-sur-Mer qəsəbəsində keçirilən mitinqlər üçün çoxlu avtobus icarəyə götürüb.

Avtobusları Kataloniya bayraqları ilə dolduraraq Fransa qəsəbəsinə gedən Puigdemont fanatları ilə olan səyahəti rəngli səhnələrə meydana gətirib.

2017-ci ildə separatçı referendum

Carles Puigdemont “dövlət vəsaitlərindən sui-istifadə”  İspan məhkəmələri tərəfindən qadağan olunsa da, 2017-ci ildə Kataloniyanın müstəqilliyi üçün referendumun təşkilində təqsirli bilinib.

Kataloniya Muxtar Hökumətinin keçmiş prezidenti  Carles Puigdemont referendumdan sonra onun barəsində həbs qərarı çıxarıldığı zaman Brüsselə qaçıb.

Hökumət amnistiya verəcəkmi?
Puigdemont  Kataloniya partiyalarına keçən il hökumətin qurulması üçün Baş nazir Pedro Sançesə əhəmiyyətli dəstək verməsindən sonra, milli hökumətin təqdim etdiyi və Kataloniya separatçılarının polis qeydlərini siləcək mübahisəli amnistiyanın qanun layihəsi sayəsində tezliklə İspaniyaya qayıtmağı planlaşdırır.Amnistiya haqqında qanun layihəsinin parlament tərəfindən təsdiqlənəcəyi və mayın sonu və ya iyunun əvvəlində qüvvəyə minəcəyi gözlənilir, ola bilsin ki, növbəti Kataloniya hökumətinin formalaşması ilə üst-üstə düşsün.

Puigdemontun başçılıq etdiyi uğursuz müstəqillik iddiası İspaniyada son onilliklərin ən pis siyasi  böhranına səbəb oldu.

Puigdemont məhkəmədən yayınmaq üçün İspaniyadan qaçsa da, onun digər dostları mühakimə olundu və 2019-cu ilin oktyabrında hökm oxunduğu gün minlərlə fəal Barselona hava limanına girişi bir neçə saat bağladı. Etiraz aksiyası nəticəsində 100-dən çox aviareys təxirə salındı, polislə etirazçılar arasında baş verən qarşıdurmada 115 nəfər yaralandı.

Gununsesi.info