İsrailə hücum zamanı 4 rusiyalı itkin düşüb

Dörd rusiyalı rəsmi olaraq İsraildə itkin düşənlər siyahısındadır.

Gununsesi.info-nun Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiyanın İsraildəki səfirliyi məlumat yayıb.

Bildirilib ki, İsraildə olan 9 rusiyalı ilə yaxınları əlaqə saxlaya bilmir. Onlardan 4-ü rəsmi siyahıda itkin düşmüş şəxs kimi qeyd edilib, digər 5 vətəndaş haqqında isə məlumat yoxdur.

HƏMAS-ın hücumu zamanı rusiyalıların öldüyü barədə rəsmi təsdiqlənmiş məlumat yoxdur.

 

Gununsesi.info