İsrailə məxsus təyyarələr Livanın üzərində uçur

İsrail Hərbi Hava Qüvvələrinə (IAF) məxsus təyyarə Livanın hava məkanına daxil olaraq paytaxt Beyrut üzərində alçaq hündürlükdə uçub.

Gununsesi.info xəbər verir ki, bu barədə yerli mülki müdafiə xidməti xəbər verir.

“İsrail qırıcılarının uçuşu ilk dəfədir ki, Beyrut üzərində bu qədər aşağı uçur. Bir çox evdə pəncərələr cingildədi, sakinlər arasında panika yarandı”.

Qeyd edək ki, avqustun 4-də İsrail Müdafiə Qüvvələri (IDF) bildirib ki, Livan İsrail ərazisinə 30-a yaxın raket atıb, onların əksəriyyəti hava hücumundan müdafiə sistemi tərəfindən ələ keçirilib.

“Hizbullah”-ın silahlı birləşmələri də öz növbəsində İsrailin Yuxarı Qalileydəki məskunlaşan ərazilərinə 50-dən çox raket ataraq kütləvi raket hücumu həyata keçirdiklərini bildiriblər.

 

 

İlhamə

Gununsesi.info