
İsrail Müdafiə Qüvvələri Qəzza zolağına “Əl-Cəzirə” müxbiri Vael əl-Dahduhun ailəsinin bir gün əvvəl atılan atəş nəticəsində həlak olduğu bölgəyə hücumu təsdiqləyib.
Gununsesi.info-nun məlumatına görə, İsrail hərbçilərinin CNN-ə verdiyi açıqlamada “terror infrastrukturunu” vurduqlarını bildirilib.
“Hərbi hədəflərə zərbələr beynəlxalq hüququn müvafiq müddəalarına, o cümlədən mülki əhali arasında itkilərin azaldılması üçün mümkün ehtiyat tədbirlərinin görülməsinə tabedir. Bu konkret halda SAXAL bu ərazidə terror infrastrukturuna zərbələr endirib”, – açıqlamada deyilir.
CNN-in məlumatına görə, hücum Qəzza zolağının mərkəzi hissəsindəki Nuseyrat qaçqın düşərgəsindəki bir evə dəyib. Nəticədə “Əl-Cəzirə” jurnalistinin həyat yoldaşı, oğlu, qızı və nəvəsi də daxil olmaqla ailəsinin 12 üzvü həlak olub.
Gununsesi.info