İsrail qüvvələrinin 101 gündür hücum etdikləri Qəzza zolağında ərzaq yardımı almaq üçün toplaşan minlərlə fələstinliyə atəş açması nəticəsində çoxlu sayda insan yaralanıb.
Gununsesi.info xəbər verir ki, minlərlə fələstinli beynəlxalq yardım təşkilatları tərəfindən çatdırılan ərzaq yardımını almaq üçün Qəzza şəhərinin Tel əl-Heva bölgəsindəki Ər-Rəşid küçəsində toplaşıb.
Şəhərin cənub-qərbində yerləşdirilən İsrail qüvvələri kömək üçün toplaşan minlərlə fələstinliyə ağır silahlardan atəş açıb.
İsrail qüvvələrinin açdığı atəş nəticəsində çoxlu fələstinli güllələnərək yaralanarkən, hadisədən sonra izdihamda əzilən bir çox insan da xəsarət alıb.
Təxminən 800 min fələstinlinin aclıq və susuzluq təhlükəsi ilə üzləşdiyi Qəzza zolağının şimalına bir ayda ilk dəfə ərzaq yardımı bu gün gəlib.
Gununsesi.info