
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Mescidi-Aksanı işğal edən İsrailə qarşı etiraz aksiyaları zamanı fələstinli gənc namaz qılarkən İsrail əsgəri tərəfindən təpiklənib.
Həmin anlar həvəskar kameralar tərəfindən lentə alınıb.
Qeyd edək ki, işğala qarşı çıxan müsəlmanlar Qüds küçələrində cümə namazı qılıb. Bu vaxt İsrail polisi silah və gözyaşardıcı qazla müdaxilə edib. Hadisə zamanı 3 fələstinli şəhid olub.
Gununsesi.info